İordaniyada fabrikdə 20 nəfər zəhərlənib

28.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İordaniyada Bəlqa vilayətinin Əl-Kəramə rayonundakı fabrikdə 20 nəfər pestisidlərdən zəhərlənib və nəfəs almaqda çətinlik çəkib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Petra" agentliyi ölkənin İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Xilasedicilər zərərçəkənlərə lazımi yardım göstərib və onları Cənubi Şuna dövlət xəstəxanasına çatdırıblar, onlar orada müalicə alırlar.

Səlahiyyətli orqanlar hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlayacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью