İordaniyada “GTA VI“ qadağan edilir

23.11.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

İordaniyanın Telekommunikasiya Tənzimləmə Komissiyası gənclərin və uşaqların təhlükəsizliyini təmin etmək üçün "Grand Theft Auto VI" ("GTA VI") oyununun qadağan olunmasını nəzərdə tutan hüquqi çərçivə üzərində işləyir.

Moderator.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Lara Əl-Xatib açıqlama verib.

"Roya News" portalının məlumatına əsasən, komissiya müvafiq qərarın təsdiqlənməsi və həyata keçirilməsi məqsədilə aidiyyəti qurumlarla intensiv müzakirələr aparır. Əl-Xatib qeyd edib ki, müasir dövrün oyunları "qapalı əyləncə" çərçivəsindən çıxaraq istifadəçilərin qlobal miqyasda yad şəxslərlə birbaşa əlaqə qura bildiyi geniş rəqəmsal platformalara çevrilib.

Onun sözlərinə görə, "GTA VI" yalnız yetkinlik yaşına çatanlar üçün nəzərdə tutulsa da, ciddi texniki məhdudiyyətlərin olmaması uşaq və yeniyetmələrin oyunu asanlıqla əldə etməsinə şərait yaradır.

Qeyd edək ki, "Grand Theft Auto VI" oyununun təqdimatı 19 noyabrda keçirilib. Layihə "Metacritic" rəy aqreqatorunda tənqidçilər tərəfindən 100 mümkün baldan 99 bal toplayaraq yüksək qiymətləndirilib. "Grand Theft Auto" oyun sektorunda ən çox gəlir gətirən və böyük təsirə malik olan media franşizaları sırasındadır. Unikal sərbəstlik, kəskin sosial satira və virtual aləmin xırda detallarına qədər işlənməsi layihəyə kult statusu qazandırıb. Nəticədə, o, sadəcə bir oyun olmaqdan çıxaraq populyar mədəniyyətin mühüm bir elementinə çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью