İordaniyada təhlükəsizlik qüvvələrinə silahlı hücum olub

06.11.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İordaniyanın paytaxtı Əmmanda təhlükəsizlik qüvvələrini ülgüclü silahlarla hədəf alan şəxs bir polis məmurunu öldürüb, digərini isə yaralayıb.

525.az xəbər verir ki, bu barədə İordaniya dövlət televiziyası "Əl-Məmləhə" məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə çoxsaylı qruplar göndərilib və hücum planlaşdırılmış "terror aktı" kimi qiymətləndirilib.

Təcavüzkarın üzərində iki xəncər də daxil olmaqla bir neçə iti silah aşkar edilib.

Açıqlamada polislərə hücum edənin şəxsiyyəti barədə məlumat verilməyib, lakin hadisə ilə bağlı araşdırma başlandığı bildirilib.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью