İordaniyada təlim zamanı hərbi helikopter qəzaya uğradı

18.11.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İordaniya ordusuna məxsus “Black Hawk” helikopteri hərbi təlimi zamanı qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, xilasetmə qrupları hadisə yerinə göndərilsə də, itki və ya yaralıların olub-olmadığı hələlik açıqlanmayıb.

İordaniya ordusundan verilən yazılı açıqlamada da “Black Hawk” helikopterlərindən birinin hərbi təlim zamanı qəzaya uğradığı bildirilib.

Əlavə edilib ki, müvafiq qruplar xilasetmə işlərinə başlayıb və qəza ilə bağlı lazımi tədbirlər görülüb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью