İordaniyalı siyasətçi: “Azərbaycan COP29u keçirməyə layiqdir” ÖZƏL

11.11.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sizin ölkəniz COP29 konfransını keçirməyə layiqdir. Mən öz ölkəm İordaniya ilə müqayisədə deyə bilərəm ki, Azərbaycan ekologiyanın dostudur".
Bu fikirləri Bizim.Media-ya açıqlamasında iordaniyalı siyasətçi Ziyad Al-Alavneh deyib.
İordaniyalı qonaq Bakı küçələrinin daha təmiz olduğunu bildirib:
"İlk dəfədir Azərbaycana gəlmişəm. Azərbaycanda küçələr təmizdir, bizdə də elektromobillər var, sizdə hətta elektrik avtobuslar da fəaliyyət göstərir. Dünən isə turistik məkan olduğu üçün Qubaya getmişdim".
Günay Şahmar, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью