İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən AZƏRTAC

27.12.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq.

İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Zati-alinizə, Azərbaycan hökumətinə, xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Yaralananların tezliklə sağalmalarını arzulayır, bu ağrı-acılı günlərdə Allahdan Sizə və Azərbaycan xalqına səbir və dözüm diləyirəm.

II Abdullah ibn Al Hüseyn

İordaniyanın Kralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью