“İpək Yolu Sığorta”dan gözlənilməz qərar

17.11.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mərkəzi Bank (AMB) “İpək Yolu Sığorta” ASC-nin öz könüllü müraciəti əsasında şirkətin 24 sığorta növü üzrə fəaliyyət icazəsini ləğv edib.

“Yeni Sabah” xəbər verir ki, tənzimləyici qurumun məlumatına görə, “Sığorta fəaliyyəti haqqında” Qanunun 105.1.1-ci maddəsinə uyğun qəbul edilən bu qərar 11 noyabr 2026-cı il tarixindən qüvvəyə minib.

Məhdudiyyətlər geniş spektrli sığorta istiqamətlərini əhatə edir. Belə ki, şirkətin hava nəqliyyatı vasitələri, aviadaşıyıcıların üçüncü şəxslər qarşısında, hava limanı sahiblərinin və hava hərəkətinin idarə edilməsi orqanlarının mülki məsuliyyəti üzrə icazələri dayandırılıb. Bununla yanaşı, fiziki və hüquqi şəxslərin əmlakı, ipoteka predmeti olan əmlak, avtomobillər, yüklər, elektron cihazlar, tikinti-quraşdırma riskləri, eləcə də könüllü tibbi, səyahət və fərdi qəza sığortaları üzrə fəaliyyət icazələri də ləğv olunub. Qərar həmçinin daşınmaz əmlakın icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası və digər növlərə şamil edilir. İnternet mağaza

Mövcud qanunvericiliyin tələblərinə əsasən, “İpək Yolu Sığorta” artıq ləğv edilən bu sahələr üzrə yeni müqavilələr bağlamaq və ya qüvvədə olan müqavilələrin müddətini uzatmaq hüququna malik deyil. Lakin şirkət əvvəllər imzalanmış müqavilələr üzrə bütün öhdəliklərini həmin sənədlərin qüvvədəolma müddəti bitənə və ya qanuni əsaslarla vaxtından əvvəl xitam verilənədək icra etməlidir.

Xatırladaq ki, 1995-ci ildə dövlət qeydiyyatına alınmış şirkətin lisenziyası ilk dəfə deyil ki, azaldılır. Daha əvvəl — 24 yanvar 2023-cü ildə də “İpək Yolu Sığorta”nın öz müraciəti əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icazəsi məhdudlaşdırılmışdı.

Cəlalə Cəlalqızı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью