“İpək Yolu Sığorta”nın strukturunda dəyişiklik ediləcək

27.12.2024

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İpək Yolu Sığorta” ASC-nin strukturunda dəyişikliklər ediləcək.

"APA-Economics" xəbər verir ki, 2025-ci il fevralın 11-də sığorta şirkətinin səhmdarlarının növbədənkənar ümumi uığıncağı keçiriləcək. Yığıncaqda “İpək Yolu Sığorta” ASC-nin yeni strukturunun təsdiqlənməsi və digər məsələlər müzakirə ediləcək. Məlumata görə, struktur dəyişiklikləri Mərkəzi Bankın korporativ standartların tətbiq edilməsi tələbi ilə bağlıdır.

Qeyd edək ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью