Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İpək Yolu Sığorta” ASC daimi fəaliyyət ünvanını dəyişib.
Şirkətin yaydığı bildirişə əsasən, sığorta şirkətinin yeni ünvanı Bakı şəhəri, AZ 1014, Rəsul Rza küçəsi 75, Winter Park Plaza, 8-ci mərtəbə, ofis 802-dir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “İpək Yolu Sığorta” ASC-nin nizamnamə kapitalı 14,77 milyon manatdır. Son audit edilmiş məlumatlara əsasən, şirkətin səhmlərinin 96,52%-i “ASG Business Aviation” MMC-yə, 3,48%-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.