İphone 15 aldı, görün qutudan nə çıxdı

12.12.2024

Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İphone 15" aldı, görün qutudan nə çıxdı

Rusiyada yeni alınmış İPhone 15 telefonun qutusundan plastilin parçası çıxıb.

Milli.Az rus mətbuatına istinadən xəbər verir ki, Yekaterinburq sakini mağazadan "iPhone 15" alıb. Alıcı evə qayıdandan sonra qutunu açıb və qutudan telefon əvəzinə plastilin parçası çıxıb.

Dəstək xidməti vəziyyəti izah edə bilmədiyi üçün alıcı mağazaya qayıdıb.

Müştəri ilə görüşən əməkdaşlardan biri belə halların artıq baş verdiyini bildirib. Mağaza işçisi guya yeni telefonu götürmək üçün anbara gedib, lakin geri qayıtmayıb. Başqa bir məsləhətçi zərərçəkmişə mağazaya şikayət yazmağı tövsiyə edib. Bildirilib ki, şikayətə 10 gün ərzində baxılacaq.

Vəziyyətin həll olunub-olunmadığı açıqlanmayıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью