iPhone 17 nin bütün modellərinin dizaynı və ölçüləri üzə çıxdı

17.03.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hələ təqdimatı keçirilməmiş "iPhone 17" smartfonlarının bütün modellərinin dizayn və ölçüləri aşkara çıxarılıb.

Oxu.Az xəbər verir ki, nüfuzlu insayder Sonni Dikson "X" sosial şəbəkə hesabında "iPhone 17" modellərinin maketlərinin fotoşəkillərini və ölçülərini paylaşıb.

Hər bir modelin ölçüləri maketin arxa tərəfində göstərilib:

"iPhone 17" - 149,6×71,4×7,9 mm

"iPhone 17 Air" - 156,1×74,7×5,6 mm

"iPhone 17 Pro" - 149,6×71,4×8,7 mm

"iPhone 17 Pro Max" - 163×77,5×8,7 mm

Qeyd edək ki, "iPhone 17" modellərinin rəsmi təqdimatı cari ilin payızına proqnozlaşdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью