Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"iPhone 17 Pro" və "17 Pro Max" sahibləri ön kamera üçün vacib bir funksiyanı itiriblər.
Redaktor.az bu barədə ixtisaslaşdırılmış "Macworld" nəşrinə istinadla məlumat verir.
Jurnalistlərin qeyd etməsinə görə, "Apple"nin aktual flaqmanlarında ön kameranın parametrlərində gecə portret rejimi yoxa çıxıb. Bu funksiya az işıqlı mühitdə daha uzun ekspozisiya istifadə edərək selfi çəkməyə imkan verirdi. Portret rejimi ilk dəfə 2016-cı ildə "iPhone 7 Plus"da, ön kameranın gecə rejimi isə 2020-ci ildə "iPhone 12 Pro"da təqdim olunub.
Macworld mütəxəssisləri müəyyən ediblər ki, gecə və portret rejimlərinin birləşdirilmiş funksiyası yalnız "iPhone 17 Pro" və "17 Pro Max"da "Apple"min ən yeni, qabaqcıl və bahalı smartfonlarında itirilib. Daha köhnə modellərdə isə, hətta iOS 26 altında da bu funksiya qalır.
"Apple" hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Jurnalistlər ehtimal edirlər ki, ön kameranın gecə rejimi istifadəçilərin foto çəkərkən daha uzun gözləməsini tələb edirdi və buna görə Apple bu funksiyanı deaktiv edə bilərdi. Lakin gecə və portret rejimlərinin birləşməsi əsas kamerada "iPhone 17 Pro" və "17 Pro Max"da qalır.
Aytəkin TOFİQQIZI