“iPhone 18 Pro” çıxmamış sirri açıldı

20.08.2026

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“iPhone 18 Pro” təqdim edilməmiş satışa çıxarılan qoruyucu üzlük yeni model barədə maraqlı detalı ortaya çıxarıb.

“Bakupost” xəbər verir ki, üzlüyün qutusunda onun həm “iPhone 17 Pro”, həm də “iPhone 18 Pro” ilə uyğun olduğu qeyd edilib.

Bu isə “iPhone 17 Pro” üçün nəzərdə tutulan üzlüklərin “iPhone 18 Pro” da da istifadə oluna biləcəyinə işarə edir.

Lakin üzlüyün “Apple”dan alınan rəsmi məlumat əsasında, yoxsa sızdırılmış prototiplərə əsasən hazırlandığı məlum deyil.

“iPhone 18 Pro” ilə bağlı dəqiq məlumatların sentyabr ayında keçiriləcək “Apple” tədbirində açıqlanması gözlənilir.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью