Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Çoxdan gözlənilən iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin Azərbaycanda rəsmi satışına start verilib. Artıq bir çox mağazadan bu modelləri əldə etmək mümkündür.
Banco.az-ın araşdırmasına görə, böyük şəbəkə elektronika mağazalarında qiymətlər 3 539 manatdan başlayır. Bu qiymət 256 gb yaddaşa malik Pro modellərin qiymətidir. Məşhur mağazalardakı qiymətləri təqdim edirik:
Kontakt mağazalarında 18 pro 256 gb 3589.99, 18 pro 512 gb 4129.99 AZN, 18 pro 2 tb isə 6949.99 AZN-dir. iPhone 18 Pro Max 2 TB 7.229,99 AZN-ə təklif edilir. Aşağı yaddaşlı modellər isə saytda tezliklə satışda olacaq deyə göstərilir.
Baku Electronics mağazalarında 18 pro 256 gb 3589.99, 18 pro 512 gb 4129.99 AZN, 18 pro 2 tb isə 6949.99 AZN-dir. Pro Max modellər isə hələlik stokda yoxdur.
İrşad Electronics mağazalarında 18 pro 256 gb 3589.99, 18 pro 512 gb 4129.99 AZN, 18 pro 2 tb isə 6949.99 AZN-dir. Pro Max modellər isə stokda yoxdur.
iSpace mağazalarında 18 pro 256 gb 3589, 18 pro 512 gb 4129 AZN, 18 pro 2 tb isə 6949 AZN-dir. Pro Max modellər üzrə qiymət 256 gb üçün 3 879 AZN, 512 gb üçün 4 399 AZN, 2 tb üçün isə 7 229 AZN olaraq göstərilib.
Soliton mağazalarında 18 pro 256 gb 3589.99 AZN, 18 pro 512 gb isə 4129.99 AZN-dir.
Smart Electronics mağazalarında 18 pro 256 gb 3539 AZN, 18 pro 512 4079 AZN, 18 pro 2 tb isə 6899 AZN-dir. Pro Max modellər isə yaddaş tutumuna görə müvafiq olaraq 3829 AZN, 4349 AZN və 7 179 AZN-dir.
Qeyd edək ki, modellərin rəngləri Black, Silver, Burgundy və Glacier-dir. Hazırda Pro Max modellər əksər mağazalarda satışda yoxdur. Yalnız onlayn sifarişlə əldə etmək mümkündür. Yaxın günlərdə satışa çıxacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!