Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif:Mehin Qasımova,Banco.az
"Apple" şirkətinin yeni smartfonları Çin bazarında böyük maraqla qarşılanıb.
"iPhone 18 Pro" seriyası üçün əvvəlcədən sifarişlərin açılmasından qısa müddət sonra ilk partiyanın sürətlə satıldığı bildirilir.
Banco.az xəbər verir ki, Çində "iPhone 18 Pro" seriyasının başlanğıc qiyməti 10 min yuan (1490 dollar) təşkil edir. Əvvəlcədən sifarişlərin ilk saatlarında bəzi modellər üçün çatdırılma müddətinin uzandığı, ayrı-ayrı satış platformalarında isə müvəqqəti çatışmazlıq yarandığı bildirilib.
"iPhone 18 Pro" seriyasının satışları əvvəlcədən sifarişlərin açılmasından sonrakı ilk saatda ötən ilin "iPhone 17 Pro" seriyası ilə müqayisədə iki dəfədən çox artıb.
Alıcılar arasında ən çox 256 GB yaddaşa malik, tünd qırmızı rəngli "iPhone 18 Pro Max" modelinə üstünlük verilib.
Bundan əlavə, "Apple" məhsullarının ümumi satış həcminin əvvəlcədən sifarişlərin ilk gecəsində adi günlərlə müqayisədə 25 dəfədən çox artdığı qeyd olunub.