iPhone 18 Pro ucuzlaşdı

02.10.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Apple" şirkətinin yeni flaqman telefonu "iPhone 18 Pro" Rusiya bazarında satışa çıxarıldıqdan bir aydan az müddət sonra 1200 manatdan çox ucuzlaşıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, 256 GB yaddaşa malik baza versiyasının qiyməti hazırda təxminən 2340 manatdır.

Müqayisə üçün, telefon satışa çıxarılanda onun qiyməti təxminən 3560 manat təşkil edib. Beləliklə, "iPhone 18 Pro"nun qiyməti qısa müddətdə təxminən 1220 manat, yəni 35 faiz ucuzlaşıb.

Sentyabrın 9-da təqdim olunan "iPhone 18 Pro" dəyişən diafraqmalı kameraya sahib ilk "Apple" cihazıdır. Smartfon alüminium korpusa, soyutma kamerasına və A20 Pro prosessoruna malikdir.

Telefon 120 Hz yenilənmə tezliyinə malik 6,3 düymlük LTPO Super Retina XDR OLED ekranla təchiz olunub. Cihazın əsas kamerası üç 48 meqapiksellik obyektivdən, ön kamerası isə 18 meqapiksellik kameradan ibarətdir. Smartfonda "Face ID" sistemi də mövcuddur.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью