“iPhone 18 Pro”da 3 böyük yenilik

03.09.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Apple”ın yeni flaqman modeli “iPhone 18 Pro”da illərdir gözlənilən üç mühüm yeniliyin təqdim ediləcəyi iddia olunur.

“Bakupost” xəbər verir ki, yeni modeldə “Dynamic Island”ın təxminən 35 faiz kiçildilməsi, dəyişən diafraqmalı kamera və “Apple”ın “C2” modemi gözlənilir.

Dəyişən diafraqma kameraya daxil olan işığın fiziki olaraq tənzimlənməsinə imkan verəcək. Bu isə xüsusilə müxtəlif işıq şəraitində çəkiliş imkanlarını genişləndirə bilər.

“Apple”ın öz istehsalı olan “C2” modemin isə əvvəlki nəsillə müqayisədə daha yüksək bağlantı sürəti və enerji səmərəliliyi təqdim edəcəyi gözlənilir.

“iPhone 18 Pro”nun 9 sentyabrda keçiriləcək “Apple” tədbirində təqdim ediləcəyi bildirilir.

Vüsalə Hüseynova,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью