Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünya iqtisadiyyatına ticarət savaşı açan Donald Trampın bu addımı ilk növbədə qiymətlərə təsir etməyə başlayır.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp istehsalı ABŞ-yə köçürdükdən sonra “zavodlar və iş yerlərinin geri qayıdacağını” vəd edib...
Amma ekspertlər deyirlər ki, zavodlardan çox yüksək qiymətlərin geri qayıtma ehtimalı yüksəkdir.
Maliyyə analitiki Den Ives ABŞ-də iPhone istehsalının "uydurulmuş hekayə" olduğunu söyləyib.
O qeyd edib ki, hətta bəzi smartfonları ABŞ-də yığmaq üçün Apple 30 milyard dollar sərmayə qoymalı və 3 il sərf etməlidir!
Nəticədə istənilən halda iPhone bahalaşa bilər: +30% — yığıldığı ölkə dəyişdikdə, +43% sadəcə yeni tariflər nəzərə alındıqda.
Nəhayət, bu smartfon ABŞ-də yığılacağı halda, onun qiyməti 3500 dollara qədər artacaq.