Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Hindistanın Maharaştra ştatının Çhatrapati Sambhajinagar şəhərində baş verən faciə ölkədə böyük rezonans doğurub.
“Cebheinfo.az” xəbər verir ki, 18 yaşlı Kunal Çandqude bir müddət əvvəl böyük çətinliklə aldığı “Apple iPhone” üçün yaranan borcu ödəyə bilmədiyi üçün ağır psixoloji sarsıntı keçirib.
Maddi imkanları zəif olan ailəsindən dəstək ala bilməyən gənc bu dəfə Tisgaon bölgəsindəki uçurumun kənarında anası Sanqita və atası Murlidhar Çandqudedən borcun ödənilməsini istəyib.
Valideynlər Kunalı saatlarla sakitləşdirməyə və fikrindən daşındırmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Gənc taksitlərin ödənilməyəcəyini anlayanda valideynlərinin gözü qarşısında özünü hündür uçurumdan aşağı atıb.
Oğlunu xilas etmək üçün ona doğru atılan ana və ata da tarazlığını itirərək uçuruma yuvarlanıb. Nəticədə Kunal və hər iki valideyni hadisə yerində həyatını itirib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin