iPhone istifadəçilərinə BƏD XƏBƏR

06.06.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

MAX tətbiqinin (MAX, aşağı sürətli internetdə belə işləyən, gündəlik ünsiyyət və xidmətlər üçün nəzərdə tutulmuş çoxfunksiyalı rəqəmsal messencer platformasıdır) “App Store”dan silinməsindən sonra bəzi “iPhone” istifadəçiləri mesajlaşma platformasından istifadə edə bilmirlər.

"Cebheinfo.az" xəbər verir ki, problemin səbəbi tətbiqin məcburi yeniləmə tələb etməsidir.

Köhnə versiyadan istifadə edən bəzi istifadəçilər tətbiqi açmağa çalışarkən yalnız “Yenilə” seçimini görürlər. Lakin MAX artıq “App Store”da mövcud olmadığı üçün yeniləmə həyata keçirilə bilmir və tətbiq işləmir.

Digər istifadəçilər isə mövcud versiyaları ilə tətbiqdən istifadə etməyə davam edə bilirlər.Mütəxəssislərin fikrincə, tətbiqin hazırlanması ilə məşğul olan komanda “App Store”dan silinməzdən əvvəl məcburi yeniləmə mexanizmini deaktiv etməyə vaxt tapa bilməyib. Buna görə də problem bütün “iPhone” sahiblərini deyil, yalnız müəyyən versiyadan istifadə edənləri əhatə edir.

MAX tətbiqi 3 iyun 2026-cı ildə “App Store”dan silinib. Həmin tarixdən etibarən tətbiq “Apple” mağazasında axtarış zamanı görünmür, rəsmi internet səhifəsindəki keçidlər isə xəta verir. Bundan əlavə, iOS istifadəçiləri üçün ani bildiriş sistemi də fəaliyyət göstərmir. 

“Apple” ekosistemində hər hansı tətbiq mağazadan silindikdə, bildiriş göndərilməsini təmin edən sistemə çıxış ləğv olunur. Bu səbəbdən yeni mesajlar və zənglər yalnız istifadəçi tətbiqi əl ilə açdıqdan sonra görünür.

Rusiya mediasında yayılan məlumatlara görə, MAX tətbiqini sanksiyalar səbəbindən “App Store”dan çıxarıb.
Qərarın təxminən 20 milyon “iPhone” istifadəçisini təsir edə biləcək yeni texniki problemlərə səbəb olduğu bildirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью