Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Üstünlüklərinə baxmayaraq, “Apple” smartfonlarının bir sıra çatışmazlıqları var.
Redaktor.az xəbər verir ki, “SlashGear” portalı “iPhone” modellərinin əsas çatışmazlıqlarını açıqlayıb.
Məlumata görə, əsas çatışmazlıqlardan biri smartfonların yüksək qiymətidir. “iPhone” modellərinin qiyməti bir çox “Android” cihazları ilə müqayisədə daha yüksəkdir.
Digər çatışmazlıq isə fərdiləşdirmə imkanlarının məhdud olmasıdır. Məsələn, “Android” cihazlarında olduğu kimi, “iPhone”da fərqli başlatma qurğusu quraşdırmaq və ya əməliyyat sistemini tamamilə dəyişmək mümkün deyil.
Bundan başqa, “Apple” smartfonlarının digər “Apple” cihazları ilə daha yaxşı işləməsi qeyd olunur. Bu səbəbdən istifadəçilərin tam ekosistem təcrübəsi əldə etmək üçün digər “Apple” cihazlarına da ehtiyac duya biləcəyi bildirilir.
Məqalədə “iPhone” modellərində yaddaşın genişləndirilməsi üçün yaddaş kartından istifadə imkanının olmadığı da vurğulanır. Həmçinin “iMessage”, “AirDrop” və “Apple Pay” kimi bəzi xidmətlər əsasən “Apple” cihazları arasında istifadə olunur.
Ekspertlər ardıcıl nəsillərdə təqdim edilən “Apple” smartfonlarının bir-birinə olduqca bənzədiyini də qeyd ediblər.
Bundan əlavə, “iPhone”dan kompüterə və ya “Android” smartfonuna faylların köçürülməsinin bəzi hallarda çətinlik yaratdığı, bunun üçün xüsusi kabel və tətbiqlərə ehtiyac yarana bildiyi bildirilib.
Aytəkin TOFİQQIZI