Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Apple" istehsal xərclərinin artması səbəbindən yeni "iPhone" modellərinin qiymətlərini artıra bilər.
Redaktor.az bu barədə "Counterpoint Research"in araşdırmasına əsasən xəbər verir.
Mütəxəssislər "iPhone 17 Pro Max" və "iPhone 18 Pro Max" modellərinin komponentlərinin qiymətlərini müqayisə ediblər. Araşdırma göstərib ki, son bir ildə operativ yaddaş (RAM) və daxili yaddaş çiplərinin qiyməti xeyli bahalaşıb.
Məlumata görə, bu səbəbdən "Apple" yeni flaqman modellərinin qiyməti arta bilər.
Araşdırmada həmçinin qeyd olunur ki, yeni "A20 Pro" prosessorunun istehsalı da şirkətə daha baha başa gələcək. Ekspertlərin fikrincə, hətta qiymətlər artırılsa belə, "iPhone 18 Pro Max" modelindən əldə ediləcək mənfəət əvvəlki nəsillə müqayisədə daha aşağı ola bilər.
Aytəkin TOFİQQIZI