İPhone smartfonlarının yararlılıq müddəti AÇIQLANDI

21.10.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"iPhone" smartfonlarının real istifadə müddəti 5–7 il, bəzi hallarda isə daha uzun ola bilər. Yeni telefon almaq üçün əsas səbəb isə Apple şirkətinin yeni model təqdim etməsi deyil, mövcud cihazın istifadəsində yaranan problemlərdir.

Redaktor.az xəbər verir ki, bu barədə “MakeUseOf” nəşri yazıb.

Nəşrin jurnalisti Kristin Perso yeni telefon almaq qərarı verərkən təhlükəsizlik yeniləmələrini, batareyanın vəziyyətini və lazım olan tətbiqlərin uyğunluğunu nəzərə almağı tövsiyə edib.

Smartfonun uzun müddət istifadəsinə mane olan əsas amillərdən biri batareyanın köhnəlməsidir. Zaman keçdikcə batareyanın enerji tutumu azalır və cihazı daha tez-tez enerji ilə doldurmaq lazım gəlir. “Apple” şirkətinin məlumatına görə, köhnəlmiş batareya telefonun gözlənilmədən sönməsinə və məhsuldarlığının azalmasına da səbəb ola bilər.

Şirkət həmçinin bildirib ki, köhnə əməliyyat sistemləri üçün yayımlanan ayrı-ayrı təhlükəsizlik düzəlişləri tam dəstəklə eyni deyil. “Apple”ın sənədlərində qeyd olunur ki, əməliyyat sisteminin əvvəlki versiyaları məlum olan bütün təhlükəsizlik boşluqları üzrə yeniləmələrlə təmin edilmir.

Kristin Perso telefonu dəyişmək üçün başqa bir səbəb kimi tətbiqlərin uyğunluq problemini göstərib. Vaxt keçdikcə proqram tərtibatçıları tətbiqlərin işləməsi üçün daha yeni iOS versiyalarını tələb edə bilərlər. Lazım olan proqramlar işləmədikdə və əməliyyat sistemini yeniləmək mümkün olmadıqda, telefonun imkanları məhdudlaşır.

Müəllif yeni iPhone almamışdan əvvəl təmir xərclərini cihazın proqram dəstəyi alacağı ehtimal olunan müddətlə müqayisə etməyi məsləhət görüb.

Qeyd edək ki, oktyabrın sonunda “BGR” nəşrinin jurnalistləri uzunmüddətli proqram yeniləmələrinin belə smartfonun 10 il ərzində rahat istifadəsinə zəmanət vermədiyini bildiriblər. Onların fikrincə, korpusun saz və ekranın işlək olması cihazın əvvəlki istifadə rahatlığını qoruyacağı demək deyil.

Xədicə BAXŞILI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью