“iPhone” telefonlarında nə baş verir? KONKRET

27.12.2024

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“App Store”da “Telegram”ın iOS cihazları üçün 11.5.3 nömrəli yeni versiyası peyda olub. Bu versiya “iPhone” batareyasının həddindən artıq istiləşməsi və tez boşalması problemini həll edib.  Bununla belə, yeniləmədə yeni bir qüsur aşkar edilib.

KONKRET.az “Gazeta.Ru”ya istinadən xəbər verir ki, messencerin ən son versiyasını  yenilənmiş istifadəçilər video hekayələrə baxarkən yalnız səsi eşidir və  şəklin olmadığından şikayətlənirlər. Buna görə də səhvlə qarşılaşan istifadəçilər üçün mütəxəssislər “Parametrlər” – “Məlumat və Yaddaş” – “Yaddaş İstifadəsi” bölməsinə keçərək “Bütün önbelleği sil” seçimini seçməklə tətbiq keşini təmizləməyi tövsiyə edirlər. Dekabrın 19-dan istifadəçilər iOS üçün Telegram 11.5.2 versiyası ilə bağlı problemlər barədə məlumat verməyə başlayıblar ki, bu da smartfonların həddindən artıq istiləşməsinə və batareyanın sürətlə tükənməsinə səbəb olur. Çoxları elə hesab edir ki, cihazların həddindən artıq qızması və daha tez boşalması “Telegram”-a görədir.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью