iPhone Ultra haqqında yeni detallar

01.06.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Apple"ın hazırladığı ilk qatlanan "iPhone" modeli yüksək qiymətinə baxmayaraq, bəzi xüsusiyyətlərinə görə şirkətin adi flaqman telefonlarından geri qala bilər.

Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.

Məlumata əsasən, yeni qatlanan "iPhone Ultra" bu payız təqdim oluna bilər. Cihazın ən diqqətçəkən xüsusiyyəti demək olar ki, qırış izi görünməyən qatlanan ekran olacaq. Buna görə də o, "Apple" tarixinin ən bahalı telefonu hesab edilir.

Lakin mütəxəssislər bildirirlər ki, daha nazik dizayn əldə etmək üçün "Apple" kamerada müəyyən güzəştlərə gedəcək. Belə ki, "iPhone Ultra" modelində uzaq məsafədən çəkiliş üçün istifadə olunan telefoto kamera olmayacaq. Bu xüsusiyyət isə "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərində qalacaq.

Nəticədə, qatlanan "iPhone Ultra" dizayn və ekran texnologiyası ilə seçilsə də, kamera və bəzi texniki xüsusiyyətlər baxımından standart flaqman modellərdən geri qala bilər.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью