“iPhone”larda mühüm dəyişiklik olacaq Bu tarixdə

14.12.2024

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin “Apple” korporasiyası 2025-ci ildən etibarən “iPhone” smartfonlarında “Bluetooth” və “Wi-Fi” qoşulması üçün “Broadcom Inc” şirkətinin təchiz etdiyi komponentləri öz istehsalı olan çiplərlə əvəz edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barəd “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, şirkət bir neçə il ərzində “Proxima” kod adı altında çip hazırlayıb. Bu çip, “Apple”ın digər çipləri kimi, korporasiyanın tərəfdaşı olan “Taiwan Semiconductor Manufacturing Co.” tərəfindən istehsal ediləcək. 

Agentliyin qeyd etdiyi kimi, hazırda “Apple” korporasiyası “Broadcom” məhsullarının ən böyük sifarişçilərindən biridir və şirkətin gəlirlərinin təxminən 20%-i onun payına düşür.

“Apple”ın modullardan imtina etməsi xəbərindən sonra “Broadcom”un səhmləri 3.9% dəyər itirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью