iPhoneu bölə bilmədilər Bakıda QEYRİADİ BOŞANMA | Icma.az
Icma.az, Sonxeber.az portalına istinadən məlumat yayır. "iPhone"u bölə bilmədilər - Bakıda QEYRİ-ADİ BOŞANMA Bakıdakı məşhur "Buta Palace" s
Ölkə.Az xəbər verir ki, boşanma haqda xəbəri vəkil İsrafil Əlili "Facebook" hesabında ictimailəşdirib.
O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb. Vəkil sözügedən boşanma zamanı tərəflərdən birinin vəkili olub.
O qeyd edib ki, bəy-gəlinin "Buta Palace"dakı toyunda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilibmiş: "Toyda iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda ikiotaqlı təmirli mənzil almaq olardı.
Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi.
Gəlini məşhur stilist Anar Ağakişiyev bəzəmişdi. Ona da 4 rəqəmli pul vermişdilər.
Di gəl ki ən sonda tərəflər arasında bazar dəyəri 2 min manat dəyərində olan "iPhone" telefonunun davası gedirdi.
Bu işdə insanlıq naminə məni çox üzən mənzərələrə şahidlik etsəm də, nəticədə bir müsbət hal yaşandı.
Tam oxu
Xəbəri oxu