“iPhone”u olan kişilər arasında yeni trend

17.07.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Rusiyada yayılan qəribə trend sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"Yeni Sabah" xəbər verir ki, Rusiyada "TikTok"da başlayan yeni trend çərçivəsində bəzi kişilər daha "maskulin" görünmək üçün "iPhone" telefonlarını qəsdən zədələyirlər.

Rusiya mətbuatının yazdığına görə, trend qadın istifadəçilərin paylaşdığı zarafat xarakterli videolardan sonra yaranıb. pizza mizza

Belə ki, yeni model "iPhone" işlədən kişilərlə istehza edilir, köhnə və ekranı və ya korpusu zədələnmiş "iPhone 11" istifadə edən kişilərin isə daha "real" və "kişiyəxas" göründüyü iddia olunur.

Qısa müddətdə milyonlarla baxış toplayan bu videolardan sonra bəzi kişilər həqiqətən də telefonlarını qəsdən zədələməyə başlayıblar.

Trendə qoşulanlar telefonun arxa şüşəsini sındırır, korpusunu cızır, künclərini əzir, hətta cihazı deşərək daha köhnə və istifadə olunmuş görünüş yaratmağa çalışırlar.

Paylaşılan videolarda telefon nə qədər köhnə və zədələnmiş görünürsə, bir o qədər yaxşıdır fikri ön plana çıxır. Bildirilir ki, bəzi istifadəçilər bu səbəbdən telefonlarını tamamilə yararsız hala salıblar.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью