İPL: Arsenal Fulhemlə sülhə razılaşdı

08.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün 15-ci turunun "Fulhem" və "Arsenal" komandalarının qarşılaşdığı matç başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun Londondakı "Kreyven Kottec" stadionunda baş tutub. Komandalar 1:1 hesabı ilə bərabərə qalıblar.

11-ci dəqiqədə "Fulhem"in hücumçusu Raul Ximenes hesabı açıb. "Arsenal"ın cavab qolunu 52-ci dəqiqədə müdafiəçi Uilyam Saliba vurub - 1:1.

Keçirilən 15 oyundan sonra "Fulhem" 23 xalla Premyer Liqanın turnir cədvəlində 9-cu yerdədir. "Arsenal" eyni sayda oyundan sonra 29 xal toplayaraq ikinci pillədə qərarlaşıb. İngiltərə çempionatının turnir cədvəlinə 35 xalla "Liverpul" başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью