İPL klubu baş məşqçisi ilə əməkdaşlığa son qoydu

07.04.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin "Sauthempton" futbol klubu baş məşqçisi İvan Yuriçlə əməkdaşlığa son qoyub.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, buna son çempionat matçında "Tottenhem"ə uduzan komandanın Premyer Liqada qalmaq şansını itirməsi səbəb olub.

Xorvatiyalı mütəxəssis ötən ilin dekabrında bu posta təyin olunmuşdu. Çempionşipə düşəcəyi dəqiqləşən "Sauthempton" 31 turdan sonra 10 xalla 20-ci pillədədir.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью