İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

14.05.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin "Nottingem Forest" klubunun qapı dirəyi ilə çırpılaraq komaya düşən futbolçusu Tayvo Avoniyinin son vəziyyəti bəlli olub.

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, hazırda nigeriyalı hücumçunun həyatı təhlükədə deyil.

27 yaşlı forvardın vəziyyətinin sabitləşdiyi və müalicəsinin davam etdirildiyi bildirilib.

O, İngiltərə Premyer Liqasının (İPL) 36-cı turunda “Lester”ə qarşı oyunda (2:2) xəsarət alaraq təcili əməliyyat olunmuşdu.

Qeyd edək ki, Avoniyi cari mövsüm İPL-də 26 matça çıxaraq 1 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью