İPL: Mançester Siti evdə qələbə qazana bilmədi

16.03.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün 5 görüş reallaşıb.

“Everton” – “Vest Hem” və “Mançester Siti” – “Brayton” matçları bərabərliklə yekunlaşıb. “İpsviç Taun” öz meydanında “Nottingem Forest”ə, “Sauthempton” “Vulverhempton”a, “Bornmut” isə “Brentford”a uduzub.

Bu turun “Aston Villa” – “Liverpul” oyunu (2:2) fevralın 19-da keçirilib. “Nyukasl” – “Kristal Pelas” dueli isə aprelin 16-da gerçəkləşəcək.

İngiltərə Premyer Liqası
29-cu tur
15 mart

Everton – Vest Hem 1:1
Qollar: Obrayn, 90+1 – Souçek, 67.

İpsviç Taun – Nottingem Forest 2:4
Qollar: Kayuste, 82. Herst, 90+3 – Milenkoviç, 35. Elanqa, 37; 41. Jota Silva, 87.

Mançester Siti – Brayton 2:2
Qollar: Holand, 11-pen. Marmuş, 39 – Estupinan, 21. Xusanov, 48-öz qapısına.

Sauthempton – Vulverhempton 1:2
Qollar: Onuaçu, 75 – Larsen, 19; 47.

Bornmut – Brentford 1:2
Qollar: Janelt, 17-öz qapısına – Vissa, 30. Norqard, 71.

16 mart

17:30. Arsenal – Çelsi
17:30. Fulhem – Tottenhem
23:00. Lester Siti – Mançester Yunayted

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью