İPL: Mançester Sitidən qələbə, Liverpul Londonda partladı

30.12.2024

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında 19-cu tur start götürüb.

Fanat.Az xəbər verir ki, bu gün 6 oyun baş tutub.

“Fulhem” – “Bornmut” və “Tottenhem” – “Vulverhempton” qarşılaşmaları bərabərliklə yekunlaşıb. “Kristal Pelas” evdə “Sauthempton”a qalib gəlibsə, “Nottingem Forest” “Everton”u səfərdə yenib.

“Mançester Siti” qələbə həsrətinə “Lester Siti” ilə səfər oyununda son qoyub. Lider “Liverpul” isə qonaq qismində “Vest Hem”ə divan tutub.

İngiltərə Premyer Liqası
19-cu tur
29 dekabr

Lester Siti Mançester Siti 0:2
Qollar: Savinyo, 21. Haland, 74.

Kristal Pelas Sauthempton 2:1
Qollar: Çaloba, 31. Eze, 52 – Diblinq, 15.

Everton Nottingem Forest 0:2
Qollar: Vud, 15. Gibbs-Uayt, 61.

Fulhem Bornmut 2:2
Qollar: Ximenes, 40. Uilson, 72 – Evanilson, 51. Uattara, 89.

Tottenhem Vulverhempton 2:2
Qollar: Bentankur, 12. B.Conson, 45+3 – Hvanq, 7. Larsen, 87.

Vest Hem Liverpul 0:5
Qollar: L.Dias, 30. Qakpo, 40. Salah, 44. Aleksandr-Arnold, 54. D.Jota, 84.

30 dekabr

23:45. Aston Villa – Brayton
23:45. İpsviç Taun – Çelsi
00:00. Mançester Yunayted – Nyukasl

1 yanvar

21:30. Brentford – Arsenal

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью