İPL: Mançester Yunayted doğma meydanda uduzdu

08.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Mançester Yunayted" və "Nottingem Forest" komandalarının qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, görüş İngiltərə Premyer Liqasının (İPL) 15-ci turu çərçivəsində keçirilib.

"Old Trafford"dakı oyun meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 2:3.

Bu nəticədən sonra "Mançester Yunayted" 19 xal toplayıb və 13-cü yerdədir. "Nottingem Forest" isə 25 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью