İPL: MY evdə uduzdu, MS səfərdə xal itirdi

08.12.2024

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasında 15-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, ilk gündə 5 matç keçirilməsi olsa da, onlardan biri təxirə salınıb.

“Everton” – Liverpul” oyunu əlverişsiz hava şəraiti səbəbindən ertələnib. “Aston Villa” evdə “Sauthempton”u, “Brentford” isə “Nyukasl”ı yenib. Son çempion “Mançester Siti” “Kristal Pelas”la oyunda xal itirib. “Mançester Yunayted” isə öz meydanında “Nottingem Forest”ə uduzub.

İngiltərə Premyer Liqası
15-ci tur
7 dekabr

Everton Liverpul oyunu təxirə salınıb

Aston Villa Sauthempton 1:0
Qol: Duran, 24.

Brentford Nyukasl 4:2
Qollar: Mbeumo, 8. Vissa, 28. Kollinz, 56. Şade, 90 – İsak, 11. Barnes, 32.

Kristal Pelas Mançester Siti 2:2
Qollar: Munyos, 4. Lakrua, 56 – Holand, 30. Lyuis, 68.

Mançester Yunayted Nottingem Forest 2:3
Qollar: Höylund, 18. Fernandeş, 61 – Milenkoviç, 2. Gibbs-Uayt, 47. Vud, 54.

8 dekabr

18:00. Fulhem – Arsenal
18:00. İpsviç Taun – Bornmut
18:00. Lester Siti – Brayton
20:30. Tottenhem – Çelsi

9 dekabr

00:00. Vest Hem – Vulverhempton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью