İPL tarixində Eşli Yanq kimisi olmamışdı

05.12.2024

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasının 14-cü turunda "Vulverhempton"u 4:0 hesabı ilə darmadağın edən "Everton"un futbolçusu Eşli Yanq rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, 10-cu dəqiqədə hesabı açan Yanq İngiltərə Premyer Liqası (İPL) tarixində cərimə zərbəsindən fərqlənən ən yaşlı oyunçu olub.

O, 39 yaş 148 günlüyündə "duran top"u qola çevirib. Eşli həm də İPL-də rəqib qapısına yol tapan 4-cü ən yaşlı futbolçu ünvanına sahib çıxıb.

Xatırladaq ki, 14 tura 14 xal toplayan "Everton" çempionatın turnir cədvəlində 15-ci pillədə mövqe tutub.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью