İPL tarixində üçüncü oldu

26.01.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının XXIII turunda “Brayton”la keçirilən matç “Everton”un baş məşqçisi David Moyes üçün əlamətdar olub.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis çalışdırıcı kimi İngiltərə çempionatında 700-cü oyununa çıxıb. Şotlandiyalı mütəxəssis Premyer Liqa tarixində bu qədər oyun keçirən üçüncü şəxs olub .

Belə göstəriciyə daha əvvəl “Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger (828) və “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Ferqyuson (810) nail olub .

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью