İPL: Vest Hem dən inamlı qələbə

28.02.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında (İPL) 27-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 1 görüş reallaşıb.

“Vest Hem” öz meydanında “Lester Siti” ilə qarşılaşıb. Oyun "çəkicdöyənlər"in inamlı qələbəsi ilə başa çatıb.

Hazırda İPL-in turnir cədvəlinə 67 xalı olan “Liverpul” başçılıq edir. “Arsenal” 54, “Nottingem Forest” 48, “Mançester Siti” 47, “Çelsi” 46, “Nyukasl” 44, “Bornmut” və “Brayton” 43 xal, “Fulhem” və “Aston Villa” 42, “Brentford” 38, “Kristal Pelas” 36, “Tottenhem” və “Mançester Yunayted” isə 33 xal toplayıblar.

İngiltərə Premyer Liqası
27-ci tur
25 fevral

Brayton Bornmut 2:1
Qollar: Joao Pedro, 12-pen. Uelbek, 75 – Kluyvert, 61.

Kristal Pelas Aston Villa 4:1
Qollar: Sarr, 29; 71. Mateta, 59. Nketia, 90+1 – Rocers, 52.

Vulverhempton Fulhem 1:2
Qollar: J.Qomes, 18 – Sessenyon, 1. R.Muniz, 47.

Çelsi Sauthempton 4:0
Qollar: Nkunku, 24. Neto, 36. Koluill, 44. Kukurelya, 78.

26 fevral

Brentford Everton 1:1
Qollar: Vissa, 45+4 – Obrayn, 77.

Mançester Yunayted İpsviç Taun 3:2
Qollar: Morsi, 22-öz qapısına. De Liqt,  26. Maquayr, 47 – Filogen, 4; 45+2.

Nottingem Forest Arsenal 0:0

Tottenhem Mançester Siti 0:1
Qol: Holand, 12.

Liverpul Nyukasl 2:0
Qollar: Soboslai, 11. Makallister, 63.

27 fevral

Vest Hem Lester Siti 2:0
Qollar: Souçek, 21. Vesterqor, 43-öz qapısına.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью