Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
Elon Maskın baş direktoru olduğu kosmos, aviasiya və süni intellekt şirkəti Space Exploration Technologies Corp. (SpaceX) ilkin kütləvi təklif prosesinin tamamlandığını açıqlayıb.
Marja xəbər verir ki, Şirkətin açıqlamasında ümumilikdə 638,9 milyon ədəd A kateqoriyalı adi səhmin satışını əhatə edən ilkin kütləvi təklif əməliyyatının tamamlandığı bildirilib.
SpaceX ilkin kütləvi təklif ilə cəlb edilən vəsaitin təxminən 85,7 milyard dollar təşkil etdiyini bildirib.
SpaceX səhmləri iyunun 12-də Nasdaq birjasında “SPCX” ticarət kodu ilə alınıb-satılmağa başlamışdır. Hər səhm üzrə 135 dollardan ilkin kütləvi təklifə çıxarılan şirkətin səhmləri ilk ticarət günündə 150 dollardan ticarət olunub. İlk ticarət günündə 176,52 dollara qədər bahalaşan səhmlər günü 19,2 faiz dəyər artımı ilə 160,95 dollardan başa vurub.
Şirkətin səhmləri 2 trilyon dollardan yuxarı qiymətləndirmə ilə həyata keçirilən ilkin kütləvi təklifdən sonra ikinci ticarət gününün açılışında da 6 faizdən çox bahalaşıb.