İpoteka bazarda real əlçatanlığı təmin etməlidir

03.11.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


"Azərbaycanda ipoteka kreditləşməsi daşınmaz əmlak bazarının inkişafına müsbət töhfə verən, sosial və iqtisadi baxımdan əhəmiyyətli mexanizmdir. Lakin onun növbəti inkişaf mərhələsi sadəcə daha çox kredit verilməsi deyil, mənzil əldə etmək imkanlarının daha geniş əhali təbəqəsi üçün real və davamlı şəkildə əlçatan olmasıdır".
Bunları Newscenter.az-a deyən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, burada çox vacib bir iqtisadi prinsip var:
"İpoteka bazarda yalnız tələbi maliyyələşdirməməli, həm də mənzilə real əlçatanlığı təmin etməlidir.
Əgər kredit imkanları genişlənir, lakin mənzil təklifi məhdud qalırsa və qiymətlər əhalinin gəlirlərindən daha sürətlə artırsa, ipotekanın sosial effektivliyi zəifləyə bilər. Hətta müəyyən seqmentlərdə əlavə tələbin qiymətlərə təzyiq göstərməsi riski də yaranır".
Ekspert hesab edir ki, ona görə də ipoteka siyasəti tikinti sektorunun inkişafı, münasib qiymətə mənzil təklifinin artırılması, əhalinin gəlirlərinin yüksəldilməsi və bank sektorunun maliyyələşmə imkanları ilə paralel şəkildə həyata keçirilməlidir.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью