İpoteka ilə alınmış ev boşanma zamanı necə bölünür?

29.01.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ailələr mənzil alarkən ən çox müraciət etdikləri üsullardan biri də ipotekadır. Lakin ipoteka ilə alınmış ev üçün ödəniş zamanı ailədə müəyyən problemlər yarana və boşanma halları ola bilər. Evlilik müddətində ipoteka krediti ilə alınan mənzil boşanma zamanı əmlakın necə bölünməsi ilə bağlı sual doğurur. İpoteka ilə alınmış ev boşanma zamanı hansı prinsiplər əsasında bölünür? 
Demokrat.az
xəbər verir ki, mövzu ilə bağlı Valyuta.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ər və arvad nikah dövründə əldə olunmuş əmlak, eləcə də həmin əmlaka görə ödənilmiş məbləğlər üzərində yarıbayarı mülkiyyət hüququna malikdirlər.
İşədüzəltmə adı ilə pul alıb vədi yerinə yetirməyən şəxs cinayət törətmiş  sayılır” -Ramil Süleymanov
Onun sözlərinə görə, ipotekada olan əmlakla bağlı tərəflər ilk növbədə mənzil üzərində paylarını müəyyən etməlidir: "Tərəflərdən biri digərinə payına uyğun məbləği ödəməklə mənzilin tam mülkiyyətini öz adına rəsmiləşdirə bilər. Əgər tərəflər bu barədə razılığa gələ bilməzsə, ipoteka predmeti olan əmlak hərrac yolu ilə satılır, əldə olunan vəsait hesabına əvvəlcə ipoteka krediti bağlanır. Qalan məbləğ isə məhkəmə tərəfindən müəyyən edilmiş pay nisbətinə uyğun olaraq tərəflər arasında bölüşdürülür".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью