İpoteka ilə ev almaq istəyənlərə ŞAD XƏBƏR

01.11.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mövcud dəyişiklik iki əsas məqsəd daşıyır. Birincisi, ipoteka kreditləşməsi zamanı və ümumilikdə satmaq məqsədilə kirayə mexanizminin tətbiqində əlçatanlığı təmin etməkdir. Digər tərəfdən, burada hər hansı bir problemin yaranacağını düşünməyə ehtiyac yoxdur.

Çünki ərlə arvaddan biri borcalan kimi çıxış etdikdə, digərinin bu mexanizmdən istifadə imkanı saxlanılır. Onun maliyyə vəziyyəti və gəlirlərinin bu mexanizmə uyğunluğu ayrıca qiymətləndirilir. Beləliklə, şəxslər borcalan qismində fərdi qaydada iştirak edə bilərlər. Bu addım kredit əlçatanlığını daha da genişləndirmək məqsədi güdür”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, prosedurların asanlaşması vətəndaşların ipoteka mexanizmlərinə həm marağını, həm də əlçatanlığını artıra bilər: Sezar pizza

“Digər dəyişikliklər "SİMA" rəqəmsal imzasının tətbiqi, prosesin rəqəmsallaşdırılması və dəqiqləşdirilməsi, habelə saxtalaşdırma ehtimalının aradan qaldırılmasına yönəlib. Rəqəmsallaşma artdıqca və subyektiv müdaxilələr kənarlaşdırıldıqca, prosesin obyektivliyi bir o qədər təmin olunacaq. Biometrik identifikasiya müraciət edənlərin eyniləşdirilməsi ilə yanaşı, müraciət prosesinin sadələşdirilməsinə, vaxt itkisinin azaldılmasına və xidmətlərin rəqəmsallaşdırılmasına töhfə verir. Prosedurların asanlaşması vətəndaşların ipoteka mexanizmlərinə həm marağını, həm də əlçatanlığını artıra bilər”.

V.Oruc vurğulayıb ki, uzunmüddətli nəticə kredit şərtlərinin nə dərəcədə əlverişli olmasından, əhalinin ödəmə qabiliyyətindən və bazardakı mənzil təklifindən asılı olacaq:

“Ümumilikdə, bu dəyişikliklər mənzil bazarında tələbin genişlənməsinə və ipoteka əlçatanlığının yüksəlməsinə xidmət edən addım kimi qiymətləndirilməlidir. Lakin uzunmüddətli nəticə kredit şərtlərinin nə dərəcədə əlverişli olmasından, əhalinin ödəmə qabiliyyətindən və bazardakı mənzil təklifindən asılı olacaq. Bu da diqqəti tikinti sektorunun inkişafına yönəldir.

Əlavə imkanların və güzəştlərin bazarda qiymət artımına səbəb olmaması üçün tikinti sektoru inkişaf etməlidir. Nəticədə, bu dəyişikliklər mənzilə əlçatanlığın təmin olunması, daşınmaz əmlak bazarında potensial alıcılar dairəsinin genişlənməsi və müraciətlərin artması deməkdir. Bazarda fəallıq artdıqca, bu proses təbii ki, qiymətlərə də öz təsirini göstərəcək”.

Qeyd edək ki, ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeni qaydalara görə, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində Fondla bağlanmış qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olmayan şəxs əsas borcalan qismində ipoteka kreditindən faydalana bilər. İpoteka kreditlərinə müraciət zamanı Fondun təşəbbüsü ilə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью