İpoteka ilə ev almaq istəyənlərə şad xəbər Sabahdan... | Icma.az
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Sabahdan ipoteka kreditlərinin alınması üçün müraciətlər mümkün olacaq.
İpoteka və Kredit Zəmanət Fondu artıq 2025-ci il ərzində ipoteka kreditlərinin verilməsi üçün banklara limitlər ayırıb.
Sabah adi ipoteka kreditlərinə, birisi gün isə güzəştli kreditlərə müraciət aktiv olacaq".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq.
"Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur.
Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayırmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.
Güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur.
Tam oxu
Xəbəri oxu