İpoteka kreditləri üzrə faizlər artıb

05.04.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bu ilin fevralında ipoteka kreditlərinin maliyyələşdirilməsinə büdcədən vəsait ayrılmayıb.

Mərkəzi Bankdan Bakıvaxtı.az-a verilən xəbərə görə, hesabat dövründə banklar tərəfindən əhaliyə 24,3 milyon manat ipoteka krediti verilib. Ötən ilin fevral ayında bu rəqəm 36,1 milyon manat olub.

İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına banklar tərəfindən ayrılan vəsaitin həcmi 64369,7 manat olub. Kreditlər üzrə faiz dərəcəsi 6,37% təşkil edib.

Yeri gəlmişkən, Fondun kredit faizləri ötən illə müqayisədə artıb. Ötən ilin fevralında ipoteka kreditləri üzrə faizlər 6,34% təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью