İpoteka kreditlərinə müraciət üçün TARİX AÇIQLANDI

11.11.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az Fonda istinadən xəbər verir ki, müraciətlərin qəbuluna noyabrın 13-də, saat 15:00-dan başlanılacaq.

Vətəndaşlara noyabrın 12-nə qədər elektron kabinetlərinin formalaşdırılması tövsiyə edilir.

Müraciətlərin qəbulu "Mygov" portalındakı "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən həyata keçiriləcək. Vətəndaşlar müraciətlərini "SİMA İmza"nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər.

Bununla yanaşı sonradan imtina edilmiş müraciətlər üzrə formalaşan qalıq limitlər məbləğində müraciətlərin qəbulu cümə günləri saat 12:00-dan həyata keçiriləcək.

Müraciətə dair təlimatla Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin "Mygov" portalının müvafiq bölməsində tanış olmaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью