Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu, daha çox vətəndaşlarımızın ipoteka kreditindən faydalanaraq mənzil almaq imkanının yaranması deməkdir: Dövlət xəttilə 178 milyon manat ipoteka krediti verilib "Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur.
Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.
Qeyd edək ki, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 8 faizlə 30 il müddətinə təklif olunur.
Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur.
Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir.
Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir.