Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Gənc ailələr üçün yaşayış sahəsinin seçilməsi hazırda ən aktual məsələlərdən biridir. Bəzi ailələr kirayə mənzildə yaşamağı daha çevik və risksiz seçim hesab edirlər. Digər tərəfdən, ipoteka ilə ev almaq uzunmüddətli perspektivdə şəxsi mülkiyyət qazanmaq imkanı verir. Lakin ipoteka ödənişlərinin aylıq büdcəyə düşən yükü bir çox gənc ailə üçün çətinlik yaradır. Kirayə qiymətlərinin davamlı artması da insanları fərqli maliyyə qərarları verməyə məcbur edir. Nəticədə gənclər öz büdcələrinə uyğun gələn ən optimal variantı seçirlər.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Demokrat.az-a açıqlama verib. Ekspert gənc ailələr üçün kirayə və ipoteka seçimi məsələsinin çox böyük aktuallıq daşıdığını bildirib.
“Kirayə ödənişləri barədə danışarkən qeyd olunur ki, bu məbləğ sonradan geri qayıtmır və faktiki olaraq itirilmiş vəsait sayılır. İpoteka krediti isə İpoteka və Kredit Zəmanəti Fondu vasitəsilə həyata keçirildikdə, ödənilən vəsait uzunmüddətli perspektivdə mənzilə sahib olmaqla nəticələnir. Bu baxımdan, imkanlar uyğun olduğu halda ipoteka ilə mənzil almaq daha sərfəli seçim kimi dəyərləndirilir. Lakin ipoteka kreditindən istifadə etmək üçün müəyyən şərtlərə cavab vermək lazımdır. Vətəndaşın rəsmi gəliri, əməkhaqqısı və digər maliyyə göstəriciləri bu prosesdə əsas rol oynayır. Bir çox hallarda bu tələblər səbəbindən hər kəs ipoteka imkanından yararlana bilmir. Bu səbəbdən seçim, əsasən, vətəndaşın maliyyə vəziyyətindən asılı olaraq dəyişir”.
O deyib ki, kirayə və daha sonra mənzil sahibi olma proqramları ilə ipoteka sistemi bir-birindən fərqlidir:
“MİDA vasitəsilə həyata keçirilən kirayə mənzil proqramları müəyyən layihələrlə məhdudlaşır və hər binaya şamil edilmir. İpoteka isə daha geniş seçim imkanları təqdim edir və vətəndaş istədiyi binadan mənzil seçə bilir. Sabit və rəsmi gəliri olan şəxslər üçün ipoteka daha məqsədəuyğun hesab edilir. Daha məhdud imkanlara malik olanlar isə mövcud dövlət proqramları və ya kirayə bazarı çərçivəsində alternativləri dəyərləndirməlidirlər”.
Beləliklə, gənc ailələrin mənzil seçimi yalnız şəxsi istəklərlə deyil, birbaşa ölkədəki mövcud iqtisadi reallıqlar və sərt bank tələbləri ilə tənzimlənir. Rəsmi gəlirlərin səviyyəsi kirayənin gətirdiyi maliyyə itkiləri ilə ipotekanın uzunmüddətli borc yükü arasında əsas həlledici faktora çevrilir. Dövlət proqramlarının əhatə dairəsi və kredit şərtlərinin yumşaldılması gələcəkdə gənclərin kirayə asılılığından qurtulmasında və şəxsi mülkiyyətə sahib olmasında əsas dönüş nöqtəsi ola bilər.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Demokrat.az-a açıqlama verib. Ekspert gənc ailələr üçün kirayə və ipoteka seçimi məsələsinin çox böyük aktuallıq daşıdığını bildirib.