Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan haqlı olaraq Ermənistan Konstitusiyasının preambula hissəsində ölkəmizə qarşı ərazi iddiasının çıxarılmasını tələb edir”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə “Cebheinfo.az”-a açıqlamasında deyib.
O vurğulayıb ki, rəsmi Bakı sözügedən hissənin konstitusiyadan çıxarılması ilə bağlı İrəvandan təminat istəyir: “Ermənistanın bu addımı atmamasına səbəb isə Azərbaycanla sülh müqaviləsi imzalamamaqla bağlı deyil.
Bu, birbaşa Ermənistan daxilində rəqiblərinin Baş nazir Nikol Paşinyana qarşı aktiv mövqe tutması ilə bağlıdır.
Nəzərə almaq lazımdır ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistan qeyri-qanuni hərbi birləşmələrini Qarabağdan çıxarmağa məcbur qaldı.
Bundan sonra isə ölkəsində Paşinyanın mövqeyi kifayət qədər zəiflədi”.
Partiya sədri qeyd edib ki, indiki vəziyyətdə Ermənistan Konstitusiyasının maddələrinin dəyişməsi Nikol Paşinyana problem yarada bilər: “Xüsusilə Azərbaycan və Türkiyə ərazilərinə iddia edən, uzun illərdir ideoloji istiqamətdə qruplaşmış millətçilərin, şovinistlərin, fərqli təşkilatların və yaxud da fərdlərin təzyiqi altında buna getməyin Paşinyan hakimiyyəti üçün ciddi problem yaratma ehtimalı var.