İqdisadçı: Rusiyanın Türkiyədən iqtisadi asılılığı xeyli dərəcədə artıb | Icma.az
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə şirkətləri Rusiya bazarında Qərb şirkətlərinin getməsindən sonra boşalmış yerləri inamla tutublar.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Dünya” nəşri məlumat yayıb.“Türkiyə Rusiya Federasiyasının diplomatik və iqtisadi əlaqələr saxladığı azsaylı dövlətlərdən biridir.
Qərbin embarqosuna qoşulmayıb və Rusiya ilə ticarəti dayandırmayıb.
Əksinə, Qərb şirkətlərinin boşaldığı yerləri türk şirkətləri tutdu”, - məqalədə deyilir.Nəşr Türkiyə brendlərinin Rusiya bazarında ən böyük oyunçuya çevrildiyinə də aydınlıq gətirir.
Bundan başqa, türk istehsalçıları məişət texnikası sahəsində xüsusi uğurlar əldə ediblər.İqtisadçı Natiq Cəfərli “Sherg.az”a bildirib ki, Türkiyə şirkətlərinin Rusiya bazarına daxil olması uzun illərdir başlayıb:“Lakin 2022-ci ildən sonra isə bu daha da intensivləşdi.
Bir çox sahələrdə Türkiyə sanksiyalara qoşulmayıb və Qərb şirkətləri, Qərb dövlətləri üçün də bu önəmlidir.
Çünki Türkiyə üzərindən bir çox əməliyyatların həyata keçirilməsi daha rahatdır. Rusiya ilə müəyyən əlaqələr mövcuddur.
Tam oxu
Xəbəri oxu