Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir. İqlim böhranı iqtisadiyyatın qatilinə çevrilir.
Milli.Az xəbər verir ki, bu barədə COP29 zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil mətbuat konfransında çıxış edərkən bildirib.
O qeyd edib ki, hər bir ölkə emissiyaları azaltmaq üçün ciddi şəkildə işləməlidir.
"İqlim böhranı ilə bağlı tədbir görülməsə, inflyasiya artacaq. İnsanlar qlobal maliyyə mövzusunu müzakirə etmək üçün COP29-a gəliblər.
Çünki çirklənmə nə qədər az olarsa, iqtisadiyyat o qədər yaxşılaşacaq. Bütün bu töhfələr COP29 çərçivəsində müzakirə olunacaq.
Ediləcək işlər çoxdur. Amma biz bu işlərin həlli üçün yaxşı başlanğıc etdik.
Qlobal əməkdaşlıq iqlim böhranından sağ çıxmanın yeganə yoludur. Konkret nəticələrinin ortaya qoyulması gərəklidir.
COP29-un nəticələri qlobal maliyyələşməni sürətləndirməlidir", - deyə o bildirib.